ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparır. 

"Unikal"ın məlumatına görə, Amerika mediası hesab edir ki, İrana 48 saatlıq ultimatum verilə bilər, bu şərt yerinə yetirilməsə, İsrail-Amerika birgə İranın Fordodakı nüvə obyektinə zərbə endirəcək.

Bundan əvvəl “The New York Times” Pentaqonun BƏƏ, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün Yaxın Şərqdəki hərbi bazalarda Amerika qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirdiyini yazıb. Nəşrin məlumatına görə, ABŞ Yaxın Şərqdə 40 mindən çox əsgər yerləşdirib.

CNN-in məlumatına görə, Tramp bir neçə dəqiqədən sonra açıqlama verəcək.

*** 00:34

ABŞ prezidenti Donald Tramp bir neçə dəqiqədən sonra dünya ictimaiyyətinə və Amerika xalqına müraciət edəcək.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.