17.06.2025-ci il tarixində saat 18:25 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsi) şəxs qapalı kələ-beyin travması, üst dodağın çapılmış yarası diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, şəxsə zəruri tibbi yardım göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün müvafiq tibb müəssisəssinə göndərişlə təmin olunub.
*** 19:42
Şəmkirdə gənc oğlan 5-ci mərtəbədən yıxılaraq xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.
Belə ki qəsəbə sakini, 2008-ci il təvəllüdlü V.Əlizadə yaşadığı beşmərtəbəli binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Tural Əhmədov