Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İranın 8 yanvar 2020-ci ildə vurduğu Ukrayna sərnişin təyyarəsi barədə danışıb.

Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, nazir İranın müzakirələrdə israrçı olduğunu, lakin Ukraynanın da belə olduğunu söyləyib.

"İranın məsuliyyətdən yayınmasına imkan verməyəcəyik. Ədalətdən qaçmaq olmaz. Ukrayna bu mövzuda tək deyil. Vurulan təyyarədən zərər görmüş, vətəndaşları həlak olmuş ölkələr də Ukraynanın mövqeyini dəstəkləyir. Ortaqlığımız davam edəcək", - deyə Kuleba bəyan edib.