Çinin paytaxtı Pekindən yola düşən vaksin partiyası Türkiyəyə çatıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu, ilk vaksin partiyasıdır. Vaksinlər Ankara şəhərinin Esenboğa hava limanında qəbul edilib. 3 milyon dozalıq koronavirus əleyhinə vaksinlər Səhiyyə Nazirliyinin anbarına aparılıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca vaksinlərin yoxlanışdan keçdikdən sonra tezliklə tətbiqinə başlanacağını bildirib. "Sinovac" şirkətinin istehsalı olan COVID-19-a qarşı vaksinlər ikitərəfli anlaşma ilə tədarük edilib. Fevrala qədər Çindən Türkiyəyə 50 milyon dozalıq vaksinin ixracı nəzərdə tutulur.