Erməni əsilli porno ulduz Kim Kardaşyanın evlilik həyatında problem yaranıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kim Kardaşyan amerikalı reper əri Kanye Uest cütlüyünün boşanma xəbərləri gündəmə səbəb olub. 

Xarici mətbuatda yer alan xəbərlərə görə, evliliyin həqiqətən bitdiyini və boşanma üçün məhkəməyə müraciət edəcəklərini də bildiriblər. Belə ki, Kimin məşhur hüquqşunas Laura Uasseri özünə vəkil tutması bu yayılan xəbərləri bir daha təsdiq edib. 

Bildirilir ki, 2020-ci ilin ikinci yarısından etibarən  cütlük arasında  böyük problemlər yaşadığını, həmçinin Kanyenin prezident seçkilərində məğlubiyyəti evliliklərinin bitməsinə səbəb olub.  Bu yaxınlarda görüntülənən Kim Kardaşyanın barmağında 1,3 milyon dollarlıq toy üzüyü olmaması diqqətdən yayınmayıb. 

Qeyd edək ki, 2014-cü ildə  ailə həyatı quran cütlüyün 4 övladı var.