Müğənni Günay İbrahimli "Xəbər-ətər" verilişinə qonaq olub.
Unikal.org xəbər verir ki, sənətçi verilişdə işsizlikdən və maddi sıxıntıdan şikayətlənib. O bildirib ki, heç bir gəliri yoxdur:
"Ölkədə karantin rejimi tədbiq ediləndən uzun müddət küçəyə çıxmadım. Belə davam etsə, acından öləcəyik. Heç bir gəlirim yoxdur, ailəmin əlinə baxıram. Evdəkilər çalışır, onlar da mənə maddi kömək edirlər".