Dünyaca tanınmış “Natura Siberica” və “Babushka Agafia” brendlərinin yaradıcısı Andrey Trubnikov vəfat edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı iş adamının ölüm səbəbi hələ açıqlanmayıb. Onun Moskvadakı evində vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Trubnikovun “Babushka Agafia” brendi 2002-ci ildə, “Natura Siberica” isə 2008-ci ildə yaradılıb.