Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupu Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalından azad etdiyi əraziləri minalardan təmizləyir.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.  

Qeyd edək ki, Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupunda 136 nəfər ərazilərin minalardan təmizlənməsi və eyni zamanda Azərbaycan Ordusundakı mina təmizləyən qruplara təlimlər keçmək üçün Azərbaycana gəlib.