Mayk Pompeo ABŞ-ın Yəməndəki Husi qüvvələrini terrorçu qruplaşma kimi tanımasını təsdiq edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Qeyd edilib ki, Yəməndəki "Ənsərullah" (Husilər) qüvvələri terrorçu qruplaşmalar siyahısına əlavə edilir.

ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözügedən qərarla bağlı yekun qənaətini bir müddət öncə "Reuters" agentliyi də yaymışdı. Qruplaşmanın 3 rəhbərinin adının da terrorçular siyahısına ayrıca əlavə olunacağı deyilir.