Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfərinin qarşısını almaq məqsədilə keçirilən aksiyanın uğursuz olmasından sonra müxalifət bəyanatla çıxış edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalifət qüvvələri Paşinyanın Rusiya paytaxtında "erməni xalqının maraqlarına uyğun olmayan" hər hansı sənədə imza atacağı təqdirdə onu ölkəyə buraxmayacaqlarını elan ediblər.

"Əgər ermənilərin milli maraqlarına zidd hər hansı addıma getsə, Ermənistanın hava məkanını Paşinyan üçün bağlayarıq. Bu məsələ dəqiqdir", - deyə birləşmiş müxalifətin nümayəndələri bəyan ediblər.