Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 66 047 nəfər yoluxub.
Unikal.org "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 390 341 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 038 nəfər ölüb, ölənlərin ümumi sayı 208 133 nəfər təşkil edir.