İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 826 nəfərin yaralandığı bildirilib.
Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə ardıcıl zəlzələlər baş verib. 15 mindən çox sakin zəlzələ səbəbindən evlərini tərk edib.