Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar davam edir.
Unikal.org yerli KİV-ə istinadən bildirir ki, vətəndaşlar Yerevanda avtomobillərə baş nazirin şəkillərini vuraraq, onun istefasını tələb ediblər.
İtaətsizlik aksiyasının “Respublika” meydanında davam edəcəyi bildirilir.