Filippində psixoloji xəstəliyi olan 29 yaşlı gənc qadının qəfəsdə saxlanıldığı görülüb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  gənc qadın müalicəsi üçün lazımlı dərmanları ala bilməyən ailəsi tərəfindən 5 ildir qəfəsdə saxlanılır.  Belə ki, xəstənin durumu günü-gündən pisləşir.  Bununla bağlı paylaşılan videogörüntülər isə insanlar arasında narazılıq yaradıb. İnsanlar aidiyyatı qurumlardan ailəyə və qadına lazımi yardım etmələrini bildiriblər.