İrəvanda keçirilən etiraz aksiyası zamanı müxalif "Vətən" partiyasının funksioneri David Bağdasaryan saxlanılaraq polis şöbəsinə aparılıb.
Unikal.org xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Sos Akopyan "Facebook" səhifəsində məlumat yayıb.
Akopyan Bağdasaryanın tutulmasını qanunsuz hesab edir. O, müxalifətin mitinqi zamanı İrəvanın mərkəzində baş vermiş hadisənin videosunu sosial şəbəkədə paylaşıb.
Kadrlarda təhlükəsizlik xidməti əməkdaşlarının müxalifətçini avtomobildən zor tətbiq edərək çıxardığı, onu polis maşınına mindirməyə çalışdığı görünür. Bağdasaryan müqavimət göstərib və polis maşınına minmədən əvvəl dəfələrlə "Nikol xaindir" şüarları səsləndirib.