San Dieqoda yerləşən Kaliforniya Universitetinin yeni tədqiqatında alimlər karbon qazını (CO2) havadan çıxaran birbaşa havatutma sistemlərinin (DAC) inkişaf etdirilməsi üçün proqram hazırlayıblar.

Unikal.org  xəbər verir ki, alınan nəticələrə görə, yeni proqram yaxın gələcəkdə istifadəyə verilsə, qlobal temperaturun səviyyəsi 2100-cu ilədək azala bilər.

Tədqiqatda dövlət maliyyə dəstəyinin CO2-ni havadan çıxaran DAC havatutma sistemlərinin inkişaf etdirilməsində rolu qiymətləndirilir.

San Dieqodakı Kaliforniya Universitetinin kiçik elmi işçisi Rayan Hanna söyləyib ki, firmalar tərəfindən yeni texnologiya ilə iş təcrübəsi tələb olunduğuna görə emissiyaların azaldılması istiqamətində görülən ənənəvi tədbirlərlə müqayisədə DAC sistemi daha baha başa gəlir.

Universitetin Strateji Əsaslar və Qlobal Siyasət Məktəbinin sənaye yenilikləri üzrə professoru, proqramın həmmüəllifi Devid Q.Viktor qeyd edib ki, CO2-nin atmosferdə konsentrasiyası o qədər də yüksək olmadığından əvvəllər olduğu kimi, onun məhz azaldılması istiqamətində deyil, həm də tamamilə aradan qaldırılması üçün yeni üsullar axtarılsın.

Müəlliflər belə qənaətə gəliblər ki, CO2-nin birbaşa havada tutulması proqramı 2025-ci ildə istismara buraxılarsa və dünya ÜDM-dən 1,2-1,9 faiz miqdarında investisiya alarsa, o zaman bu sistem 2050-ci ilədək atmosferi 2,2-2,3 gigaton emissiyadan təmizləyə bilər.