Orta məktəblərin fevralın 15-dən ənənəvi qaydada fəaliyyət göstərəcəyi planlaşdırılır.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Ziya Selçuk “CNN Türk” televiziyasında qonaq olarkən bildirib. Nazir bildirib ki, son qərar Səhiyyə Nazirliyi, Elmi Şura və Prezidentin rəhbərliyi altında Kabinetin qəbul edəcəyi qərarlardan asılı olacaq.
“Fevralın 15-də məktəblərin açılması ilə bağlı prisipial qərar qəbul edilib. 15 fevraldan 10 gün əvvəl aydın mənzərə qarşımıza çıxar”,- deyə o, bildirib.