İndoneziyanın Qərbi Sulavesi və Cənubi Kalimantan əyalətlərində baş vermiş zəlzələ və daşqınlar nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, təxminən 70 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, Qərbi Sulavesi əyalətində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində ümumilikdə 81 nəfər ölüb, daha 15 nəfər isə Cənubi Kalimantandakı daşqınlar səbəbindən həyatını itirib.