"Samsung" şirkətinin vitse-prezidenti Li Çje Yona məhkəmədə hökm oxunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilən məhkəmədə ona 2.5 il azadlıqdan məhrumetmə cəzası verilib.
"Samsung"un vitse-prezidenti Koreyanın sabiq prezidenti Pak Kın He ilə korrupsiya əlaqələrinə malik olmaqda günahlandırılırdı. Onun keçmiş prezidentin yaxın ətrafı ilə rüşvət qalmaqalları üzə çıxıb.