Argentinanın Resistencia şəhərində yaşayan qadın xəstəxanada anasının ölüm xəbərini alıb.
Unikal.org xəbər verir ki, həkimlər qadına, anasının ürək və tənəffüs yollarının tıxanması səbəbiylə öldüyünü və cəsədinin yandırılması üçün krematoriyaya göndərilməli olduğunu bildirib. Anası ilə vidalaşmaq üçün yandırma otağına gedən qadın anasının sağ olduğunu görüb. Tez bir zamanda anasını xilas edən qadın onu başqa xəstəxanaya yerləşdirib.