ABŞ-ın yeni Prezidenti Cozef Bayden sabah ölkənin xarici siyasət kursu ilə bağlı ilk çıxışını edəcək.
Unikal.org xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Bildirilir ki, Bayden çıxışında Amerikanın dünyadakı yerini bərpa etməyə yönələn xarici siyasət baxışını ortaya qoyacaq.
O, həmçinin Birləşmiş Ştatların İran, Rusiya, Şimali Koreya və Əfqanıstanla bağlı siyasi mövqeyini elan edəcək.