Türkiyədə son sutka ərzində 124 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 7719 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 117, virusa yoluxanlar isə 2 485 182 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 370 431 pasiyent (son sutkada 8016 nəfər) sağalaraq evə buraxılıb.