İspaniyanın Laqartera şəhərinin qocalar evində koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Unikal.org Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, burada yaşayan 78 nəfərin hamısı xəstələnib. Maraqlısı isə odur ki, yaşlıların hamısı “Pfizer” peyvəndi vurulduqdan sonra virusa yoluxublar. Onlardan yeddisi artıq vəfat edib. 

Məlumatda bildirilir ki, qocalar evinin sakinləri yanvarın 13-də vaksinasiya olunublar.

İlk günlərdə 9 nəfərdə koronavirus əlamətləri aşkar olunub. Sonradan xəstəlik tədricən müəssisənin bütün sakinlərinə keçib.

Hazırda dörd nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.