ABŞ-da ilk koronavirus testini yaradan alim Endrü Bruks vəfat edib.
Unikal.org xəbər verir ki, 51 yaşlı alimin ölümü barədə çalışdığı Rutgers Universiteti (Nyu Cersi) məlumat yayıb.
Söhbət ağız suyundan istifadə edərək koronavirusun aşkar edilməsi testindən gedir. Bu test 2020-ci ilin mayında ABŞ Qida və Dərman Agentliyi (FDA) tərəfindən təsdiqlənib. Bir ay sonra testin evdə müstəqil olaraq istifadəsinə icazə verilib.
Alimin ailəsi onun infarktdan dünyasını dəyişdiyini bildirib.