Avstraliyada meşə yanğınları yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qərbindəki ştatlarda genişmiqyaslı meşə yanğınları baş verib. 4 min hektardan çox meşə sahəsi tamamilə yanıb.

Həmçinin meşələrin ətrafında yerləşən 30 ev də yanaraq yararsız hala düşüb. Hazırda yanğının qarşısını almaq üçün görülən tədbirlər yekunlaşmaq üzrədir.