Çində saxta vaskin istehsal edən şəbəkə aşkar edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çində xarici ölkələrə ixrac edilən saxta vaksin hazırlayan şəbəkə üzə çıxıb. Ümumilikdə 3 min dozadan çox saxta vaksin aşkarlanaraq götürülüb.

Məlum olub ki, şəbəkə üzvləri vaksin qablarına duzlu su dolduraraq xaricə satırmışlar.