Nikol Paşinyan hökumətinə etibar etməyən yüzlərlə erməni  Moskvaya köçüb. 

Unikal.org xəbər verir ki,  erməni siyasətçi və millət vəkili Naira Zöhrabyan, Rusiyanın sərhədlərini Ermənistan vətəndaşlarına açmasından sonra rekord sayda insanın Moskvaya köçməyə başladığını söyləyib.  

Belə ki, Naira Zöhrabyan Rusiyaya gedən erməniləri müşahidə etmək üçün İrəvanın "Zvartnots" hava limanına gedib.  

Bununla bağlı mətbuata açıqlama verən Zöhrabyan “Hava limanından yeni gəldim. Vəziyyətin nə qədər gərgin olduğunu təsəvvür edə bilmirsiniz. Yalnız Moskvaya yola düşmək üçün bilet alırlar. Və dünən gecə bilet qiymətləri 800-900 dollara yüksəldi.  Ermənistan son 30 ilin ən böyük immiqrasiyası ilə qarşılaşacaq",- deyə  bildirib.  

Rekord sayda immiqrasiyanın səbəblərinin Azərbaycana qarşı məğlubiyyət və Paşinyan hökumətinin iqtisadi siyasəti olduğunu bildirən Zöhrabyan, "Üçüncü səbəb Ermənistandakı iqtisadi problemlərdir. Alıcılıq qabiliyyəti azalıb",-  deyə qeyd edib.