Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 858 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 259 209, ölənlərin sayı isə 3 208 nəfərə çatıb.
Virusa yoluxanlardan 250 289 nəfərin sağaldığı bildirilir.