Həbs olunmuş rusiyalı müxalifətçi Aleksey Navalnı məhkəməyə gətirilib.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Navalnının məhkəməsi başlayıb. Moskva məhkəməsində ona oxunmuş hökmün dəyişdirilməsi ilə bağlı işə baxılacaq.
Məhkəmənin ətrafında İsveçrə, Avstriya, Bolqarıstan və digər ölkələrin diplomatik missiyalarına məxsus avtomobillərin görüldüyü deyilir.
Hazırda proses davam edir.