Türkiyə ordusu Suriyanın şimalında PKK terror təşkilatının 3 üzvünü zərərsizləşdirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat verib. "Barış Pınarı" və "Fırat Kalkanı" əməliyyatlarının keçirildiyi bölgədə təxribat törətməyə və sızmağa cəhd edən PKK terrorçuları zərərsizləşdirilib.
Belə ki, PKK-nın Suriya qolu olan YPG qruplaşmasına mənsub olan 3 terrorçu məhv edilib.
Huzur ve güven ortamını bozmak için Barış Pınarı ve Fırat Kalkanı bölgesine sızma girişiminde bulunan ve taciz ateşi açan 3 PKK/YPG’li terörist, Kahraman Komandolarımız tarafından etkisiz hâle getirildi.#MSB #TSK pic.twitter.com/Kpam4tTige
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 2, 2021