Dünyada baş qaldıran koranavirus mutasiyaları narahatlığı artırır.
Unikal.org xəbər verir ki, italiyalı həkim Pier Bartoletti koronavirusun mutasiyaya uğramış B 117 virusu barəsində bir sıra açıqlamalar verib. Belə ki, həkim yeni virusun daha tez yayıldığını, lakin ölümcül olmadığını bildirib.
Bununla da Pier koronavirusdan qorunmaq üçün istifadə edilən tibbi maskaların heç bir işə yaramadığını qeyd edib.
"FFP2 və ya FFP3 tipli maskalar yeni virus tipinə qarşı heç bir işə yaramır. Buna görə mutasiya edilmiş varianta qarşı diqqətli olmalıyıq. Sosial məsəfə və gigeynik qaydalara daha çox riayət etməliyik".