Əfqanıstanda terror aktı baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Kabil şəhərində partlayış törədilib.

Belə ki, öncədən quraşdırılmış bombanın partladılması ilə 2 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb. Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hazırda araşdırmalar davam etdirilir.