Mərkəzi Asiya Beynəlxalq Ticarət Mərkəzi qurulacaq.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan və Özbəkistan sərhədlərində qurulacaq mərkəz regionun iqtisadi göstəricilərini yüksəldəcək.
Qazaxıstan rəsmiləri 10 milyard dollardan çox ticarət dövriyyəsi artımı qeydə alınacağını proqnozlaşdırır. Qazaxıstan və Özbəkistanla yanaşı, digər region və dünya ölkələri də mərkəzdən yararlana biləcək.