Hava limanında 4 nəfər baqaj xərclərini ödəməmək üçün özləri ilə apardıqları 30 kiloqram portağalı yeyib.
Unikal.org xəbər verir ki, hadisə Çinin Kunming şəhərindəki hava limanında baş verib.
Belə ki, yük ağırlığına görə hər adam başından 10 yuan ödənilməsi tələb olunub. Bu zaman dostlar, pulu ödəməmək üçün 30 kiloqrama yaxın portağalı yeyiblər. Gənclərin bu hərəkəti Çində gündəm yaradıb. Bununla bağlı mətbuata açıqlama verən şəxslər, "Yeməyimiz təxminən 20-30 dəqiqə çəkdi. Bir daha portağal yemək istəmirik", - deyə bildiriblər.