Gürcüstanın prezidenti Salome Zurabişvili parlamentin fəaliyyətini boykot edən müxalifət partiyalarına müraciət edib.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, prezident müxalifəti boykota son qoymağa və parlament fəaliyyətində iştirak etməyə çağırıb.
Qeyd edək ki, son parlament seçkilərindən sonra Gürcüstan müxalifəti seçkilərin saxtalaşdırıldığını iddi edərək qanunverici orqanda qazanılan mandatlardan imtina etmişdi. Kütləvi etirazlarla müşayiət edilən boykot hələ də davam edir.