Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya səfir təyin edilə bilər.

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan bir sıra ölkələrdə səfirləri dəyişmək niyyətindədir.

Mnatsakanyanın da Rusiyaya səfir təyin ediləcəyi gözlənilir.

Xatırladaq ki, Mnatsakanyan Qarabağdakı mğlubiyyətdən sonra, noyabrın 16-da istefa verib.