Koronavirus infeksiyası bu günə qədər insanlarda özünü üşütmə, titrəmə, dad və qoxu bilməmə, baş, boğaz və əzələ ağrısı kimi simptomlarla büruzə verib.
Unikal.org xəbər verir ki, lakin alimlər virusun daha bir simptomunu ortaya çıxarıblar.
Böyük Britaniyalı alimlərin apardığı araşdırmalardan sonra koronavirusun dil vasitəsi ilə müəyyən olunan yeni simptomu aşkar edilib. Belə ki, dil ucunda üçbucaq yaraların olması da koronavirusa yoluxma əlamətidir.Dünyanın 3 müxtəlif ölkəsində 4 milyon insan üzərində aparılan analizlər zamanı bu qənatə gəlinib. Hətta dildə bu yaraların çox olması virusun orqanizmdə sürətlə yayılmasından xəbər verir.
Mütəxəssislər yeni simptomu "Covid-dil" adlandırırlar.