Türkiyədə son sutka ərzində 120 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 7795 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 237, virusa yoluxanlar isə 2 492 977 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 379 070 pasiyent (son sutkada 8639 nəfər) sağalaraq evə buraxılıb.