"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask bir müddət əvvəl dünyanın ən varlı insanları sırasında birinci olmuşdu.
Unikal.org xəbər verir ki, qısa müddət ərzində liderliyi əldən verən İlonun yerinə "Amazon" şirkətinin rəhbəri Ceff Bezos keçmişdi.
180 milyard dollardan çox sərvəti olan Mask, bu günlərdə etdiyi açıqlama ilə hər kəsin diqqətini çəkib:
"Hamı mənim kimi olmaq istəyir, amma yaxşı bir şey deyil. Gün ərzində 4 saat yatıram. Səhər işə gələnlər məni yerdə yatmış vəziyyətdə görür".