Rusiyanın Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğının söndürülməsi zamanı ölən 4 yanğınsöndürənin xatirəsinə Krasnoyarsk diyarında matəm elan edilib.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı diyarın başçısı Aleksandr Ussun Mətbuat xidməti yayıb.
O, fevralın 5-ni yanğınsöndürənlərin xatirəsinə matəm elan edib.
Qeyd edək ki, fevralın 3-də Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğın nəticəsində 4 yanğınsöndürən ölüb.