Rusiyada son sutka ərzində koronavirusa 16 048 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 967 281 nəfərə çatıb.

Rusiyada son sutkada 432 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 76 661 nəfərdir. İndiyə qədər 3 456 210 nəfər saxlanılıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.