Hindistanın şimalında baş vermiş daşqınlar nəticəsində 150-yə yaxın yerli sakin ölüb.
Unikal.org xəbər verir ki, bu barədə ANI agentliyi Uttarakhand əyalətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, buzlağın əriməsindən sonra Dxauliqanq çayında suyun səviyyəsi qalxıb. Daşqınlar zamanı çayda tikilən elektrik stansiyasına da zərər dəyib. Əraziyə xilasetmə qrupları göndərilib.
Hökumət insanların təxliyyə edildiyini və vəziyyətin nəzarət altında olduğunu bildirib.