Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində terror hücumları nəticəsində bir polis həlak olub və üçü mülki şəxs olmaqla yeddi nəfər yaralanıb.
Unikal.org xarici kiv-ə istinadən xəbər verir ki, partlayış Nanqarharın mərkəzi Cəlalabad şəhərində baş verib. Terror hadisəsinin məsuliyyətini hələ heç bir qruplaşma öz üzərinə götürməyib.