Türkiyədə son sutka ərzində 112 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 6670 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 797, virusa yoluxanlar isə 2 531 456 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 440 706 pasiyent (son sutkada 8201 nəfər) sağalaraq evə buraxılıb