ABŞ-ın keçmiş dövlət katibi Corc Şultz Kaliforniyada 101 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə keçmiş diplomatın işlədiyi Huver İnstitutunun saytında yayımlanan açıqlamada deyilir.

Şultz, xüsusilə ABŞ prezidentləri Riçard Nikson və Ronald Reyqan administrasiyalarında əsas vəzifələrdə çalışıb.