İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin ABŞ-la nüvə razılaşmasını yenidən müzakirə etməyəcəyini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İranın XİN başçısı Bayden administrasiyasının ABŞ-ın İran siyasəti barədə yenidən qərar verməli olduğunu bəyan edib.
"İran nüvə razılaşmasını yenidən müzakirə etməyəcək. Biz nüvə razılaşmasına bağlıyıq. ABŞ-ın da razılaşmaya geri dönməsində maraqlıyıq. Tramp dönəmində ABŞ anlaşmanı tərk edib və bəzi Avropa ölkələrinin də eyni addımı atmasına çalışıb. Bayden administrasiyası Trampın siyasətini davam edib-etməyəcəyinə qərar verməlidir", - deyə Zərif bildirib.