İran İslam Respublikası Rusiya Federasiyasına nota verib.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, səbəb İran körfəzi ilə bağlı olub. Belə ki, İran körfəzin "Fars körfəzi" adlandırılmalı olduğunu hesab edir.
Rusiya XİN-n saytında isə ərəbdilli versiyada bir məlumatın içində körfəz "Ərəb körfəzi" adlandırılıb. İran XİN mətbuat katibi Səid Xətibzadə bildirib ki, İranın Moskvadakı səfirliyi bu barədə Rusiya XİN-ə nota təqdim edib.
O qeyd edib ki, körfəzin tarixi adı "Fars körfəzi"dir. Xətibzadənin sözlərinə görə, İran bu su hövzəsinin "Ərəb körfəzi", "Körfəz" və ya başqa hər hansı adlanmasını qəbul etməyəcək.