Rusiyada son bir gündə daha 15 916 nəfərə COVID-19 diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 983 197 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 407 nəfər artaraq 77 068-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 472 091 nəfər sağalıb.