ABŞ-ın keçmiş prezidenti Donald Trampın Konqresə basqın hadisələrindəki rolu ilə bağlı işə sabahdan baxılacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iki dəfə impiçment proseduru başladılan Tramp üsyana təşviqdə ittiham olunur. İşə Senatda qiymət veriləcək.
ABŞ-ın keçmiş prezidenti Konqres binasına basqın edənlərə yön verməkdə günahlandırılır. Araşdırmaların nəticəsi barədə yekun məlumatın veriləcəyi bildirilib.