İsrail ABŞ-dan çoxsaylı təyyarələr və döyüş mərmiləri alacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  alınacaq silahların dəyəri 9 milyard dollar təşkil edəcək.

Silahların böyük qismi ABŞ-ın maliyyə yardımı hesabına alınacaq. Qeyd edək ki, razılaşma çərçivəsində İsrail özəlliklə F-35, F-16 təyyarələri və yeni helikopterlər əldə edəcək.